waplog

İcbari sığorta barədə SMS məlumat xidməti


Vətəndaşlar 9707 SMS xidmətindən istifadə edərək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalının bağladığı icbari sığorta müqaviləsinin mövcudluğu barədə mobil rabitə vasitəsilə təsdiqləyici bilgi, həmçinin müqavilədə əks olunan digər məlumatlar əldə edə bilər.

Bunun üçün mobil telefondan 9707 nömrəsinə avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını (məsələn: 10PX806, rəqəm və hərflər arasında məsafə buraxmadan) yazıb SMS göndərilməlidir.

Əgər NV-nin icbari sığorta şəhadətnaməsi etibarlıdırsa, SMS göndərən sığorta şəhadətnaməsinin məxsus olduğu sığorta şirkətinin adı və sığorta hadisəsi baş verdiyi təqdirdə sığorta şirkəti ilə əlaqə saxlanılması üçün nəzərdə tutulan telefon nömrələri barədə məlumat alacaq.

Əgər NV-nin icbari sığorta şəhadətnaməsi etibarlı deyilsə, vətəndaş sığorta şəhadətnaməsinin etibarlı olmaması barədə SMS alacaq.

Mobil telefondan 9707 nömrəsinə NV-nin icbari sığorta şəhadətnaməsinin nömrəsini (məsələn: PAT1100000001) yazıb SMS göndərin.

Əgər NV-nin icbari sığorta şəhadətnaməsi etibarlıdırsa, Siz sığorta şəhadətnaməsinin məxsus olduğu sığorta şirkətinin adı və qüvvədə olma müddəti haqqında SMS alacaqsınız.
Əgər NV-nin icbari sığorta şəhadətnaməsi etibarlı deyilsə, Siz sığorta şəhadətnaməsinin etibarlı olmaması barədə SMS alacaqsınız.
Bir SMS-in qiyməti 0.20 AZN (ƏDV daxil) təşkil edir.

RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL