waplog

ABŞ-ın videooyun bazarında satış həcmi azalmağa davam edir


“NPD Group” şirkətinin verdiyi məlumata görə, Amerikanın videooyun bazarında satış həcmi 2012-ci ilin aprelinə olan vəziyyətə görə yenidən azalıb.

“İCTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, keçən ay ABŞ-da oyun konsolları, aksessuarlar və oyunlara 630,4 milyon dollar xərclənib. Bu göstərici keçənilki nəticənin 1/3-nə bərabərdir; o zaman satışların həcmi 930,9 milyon dollar həcmində qiymətləndirilirdi.

“Xbox 360” oyun konsolu Amerikanın videooyun bazarında 16 ay ardıcıl olaraq ən məşhur konsol olaraq qalır. Onun satışlarının həcmi təxminən 236 min təşkil edib. Keçən ay ərzində ən çox  alınan oyunların reytinqi aşağıdakı kimidir:
 
  1. Prototype 2 (Xbox 360, PS3);
  2. Kinect Star Wars (Xbox 360);
  3. Call of Duty: Modern Warfare 3 (Xbox 360, PS3, ПК);
  4. Tiger Woods PGA Tour 13 (Xbox 360 PS3);
  5. NBA 2K12 (Xbox 360, PS3, Wii, PSP, ПК, PS2);
  6. The Witcher 2: Assassins of Kings: Enhanced Edition (Xbox 360, ПК);
  7. Mario Party 9 (Wii);
  8. Mass Effect 3 (Xbox 360, PS3, ПК);
  9. Just Dance 3 (Wii, Xbox 360, PS3);
  10. MLB 12: The Show (PS3, Vita).
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL