Azərbaycanda növbəti distant təlim keçirilib
İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə "İdxalı əvəz edəcək məhsulların istehsalının və ixracının stimullaşdırılması" mövzusunda növbəti distant təlim keçirilib. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.
İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları tərəfindən aparılan treninqdə Bakı şəhərində, Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala və Aran iqtisadi rayonlarında iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 35-dən çox sahibkar və menecer iştirak edib.
Təlimdə idxalı əvəz edəcək məhsulların istehsalı, bu sahədə dövlət dəstəyi tədbirləri, Avropa İttifaqının "Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+" Proqramının ("GSP+") əsas xüsusiyyətləri, onun biznes üçün potensial faydası, elektron ticarət və onun əhəmiyyəti, elektron ticarətin mahiyyəti və prinsipləri, elektron ticarətlə bağlı beynəlxalq təcrübə, elektron ticarətin biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, "www.b2b.az" elektron ticarət portalı və s. barədə ətraflı məlumat verilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, distant təlimlərin keçirilməsi barədə elanlar Bakı Biznes Tədris Mərkəzinin "www.bbtc.az" saytının elanlar bölməsində yerləşdirilir. Arzu edənlər saytın bu bölməsinə müraciət etməklə distant təlimlərdə iştirak edə bilərlər.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL