waplog

Elektron attestat və şəhadətnamələr bazası hazırlanacaq


«Bu il ölkədə ilk dəfə olaraq orta məktəbin buraxılış sinif şagirdlərinə adi attestat və şəhadətnamələrlə yanaşı, elektron attestat və şəhadətnamələr də veriləcək. Yaradılan baza dövlət sənədlərinin elektron dövriyyəsi sisteminə qoşulacaq. Elektron attestatlar TQDK-nın bazasında fayl kimi saxlanacaq».

Bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mətbuat konfransında söyləyib. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə,  komissiya sədri deyib ki, sözügedən faylları buraxılış imtahanları bitdikdən sonra məktəb direktorlarına və rayon, şəhər təhsil şöbələrinə göndərəcəyik.

Onun sözlərinə görə, ona fayllar ona görə göndəriləcək ki, attestata hansı qiymətlərin yazılmasının lazım olduğunu bilsinlər: «Builki məzunlar qəbul imtahanlarında iştirak üçün elektron ərizələrini doldurduqda oraya attestat qiymətlərini də daxil etməli olurlar. İndi buna ehtiyac qalmayacaq. Çünki məzunların elektron attestatları TQDK-nın məlumat bazasında var”.

Şəkilləri bazada olmayan uşaqların “Buraxılış vərəqəsi”ndə onun şəklinin bazada olmamasının qeyd olunacağını bildirən M. Abbaszadənin sözlərinə görə, belə uşaqların valideynləri mütləq məktəbdən müvafiq formada arayış almalıdırlar: “Bu arayış şəkli olmayan uşağın həmin uşaq olduğunu təsdiqləyir.

Belə uşaqları imtahana buraxmaq üçün ayrı yolumuz yoxdur. Buraxılış imtahanlarına gələn uşağın bazada şəkli, imtahana gələrkən şəxsiyyət vəsiqəsi, arayışı yoxdursa, imtahana buraxılmaya bilər”.

SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL