waplog

Azərbaycan “Qlobal naviqasiya peyk sistemlərinin tətbiqi” konfransında təmsil olunur


Latviyanın paytaxtı  Riqada “Qlobal naviqasiya peyk sistemlərinin tətbiqi” mövzusunda Beynəlxalq konfrans öz işinə başlayıb.

Tədbir BMT-nin Kosmik Məsələlər üzrə İdarəsi və Latviya Hökumətinin birgə təşkilatçılığı, Avropa Kosmik Agentliyinin və Qlobal Naviqasiya Peyk Sistemləri üzrə Beynəlxalq Komitənin (ABŞ) sponsorluğu ilə keçirilir.

Mayın 18-dək davam edəcək tədbirin əsas məqsədi qlobal naviqasiya peyk sistemlərinin istifadəsinin cari vəziyyəti, həmin sistemlərin tətbiqi perspektivlərinə dair müzakirələrin aparılması, eləcə də bu sistemlərdən istifadə ilə əlaqədar insan resurslarının inkişafı, aidiyyəti texnologiyaların nəzərdən keçirilməsi və qeyd olunan sahələrdə əməkdaşlığın təşviq edilməsidir.Beynəlxalq tədbirdə  AMEA  İTİ-nun direktoru, AMEA-nın müxbir üzvü  Rasim Əliquliyev təmsil edir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL