waplog

İstiqrazlara İSİN kodları veriləcək


Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) qərarı ilə “Dövlət istiqrazlarının emissiyası və tədavülü” qaydaları təsdiq edilib və Azərbaycanın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. “İCTnews” elektron xəbər xidmətinə bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Komitədən bildirilib ki, yeni Qaydalarda dövlət istiqrazlarının buraxılışlarının qeydiyyatının sadələşdirilməsi nəzərdə tutulub. Bundan sonra hər bir istiqraz buraxılışına Milli Nömrələyici Agentliyi tərəfindən beynəlxalq eyniləşdirmə nömrələri (İSİN kodları) veriləcək: ”Bu da öz növbəsində Azərbaycan dövlət qiymətli kağızları barədə geniş investor kütləsinə məlumatların yayılmasına və bu alətə marağın artmasına imkan verəcək”.
 





HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL