Kosmik Məsələlər üzrə Şuranın növbəti toplantısı keçirilib
2010-cu il may ayının 3-də ölkə Prezidentinin Sərəncamı ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edilmişdir. Sərəncamda Azərbaycan Respublikasında kosmik fəaliyyət sahəsində elmi-texniki nailiyyətləri və qabaqcıl təcrübəni öyrənmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dair müvafiq tədbirlərin görülməsində iştirak etmək və həmin sahənin inkişafı ilə bağlı təklifləri hazırlamaq məqsədi ilə eyni zamanda Kosmik Məsələlər üzrə Şuranın yaradılmasına dair verilmiş tapşırığa uyğun olaraq müvafiq şura yaradılmışdır.
Kosmik Məsələlər üzrə Şuranın növbəti iclası 08 iyul 2011-ci il tarixində Milli Aviasiya Akademiyasında keçirilmişdir. İclasda Şuranın sədri, akademik Arif Paşayev, Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, Maliyyə Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ülvi Seyidzadə,“Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev, Milli Aerokosmik Agentliyinin direktoru Alçın Şirinzadə, RİTN-in Dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirmə(DMŞ) şöbəsinin müdiri və Kosmik məsələlər üzrə şuranın katibliyinin rəhbəri Mir-Heydər İsmayılov və “Teleradio” İB-nin texniki direktoru Mikayıl Abbasov iştirak etmişlər.
Kosmik məsələlər üzrə şuranın sədri, akademik Arif Paşayev iştirakçıları salamlayaraq kosmik sənayenin yaradılmasının və ilk telekommunikasiya peykinin orbitə çıxarılmasının respublika üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etdi və bu istiqamətdə aparılan işlərə dair öz tövsiyələrini verdi. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Şuranın iclasında “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın icra vəziyyəti, ilk telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması, orbital mövqelərin qeydiyyatı və koordinasiyası üzrə aparılan işlər barədə geniş məlumat verdi.
Sonra “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev ilk telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması üzrə ABŞ-ın “Orbital Sciences Corporation”, Malayziyanın “Measat” və Fransanın “Arianespace” şirkətləri ilə bağlanmış müqavilələrin yerinə yetirilməsi barədə geniş təqdimatla çıxış etdi.
RİTN-in DMŞ-nin müdiri və Kosmik məsələlər üzrə şuranın katibliyinin rəhbəri Mir-Heydər İsmayılov kosmik sahədə beynəlxalq əməkdaşlığın, beynəlxalq təşkilatlara üzv olmağın və konvensiyalara qoşulmağın vacibliyini qeyd edərək bu istiqamətdə atılan addımlardan danışdı.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL