"Atlantis" şattlının növbəti reysi çərçivəsində onun bortunda qeyri-adi "sərnişinlər" olacaq: Beynəlxalq kosmik stansiyaya hər birindən 2 nüsxə “iPhone” və “Google Nexus” yola düşəcək. Smartfonlar “SPHERES” layihəsinin iştirakçılarıdırlar və spesifik məsələlərin icrası üçün uyğunlaşdırılıblar.
Belə məsələlərə aiddir: qurğulardan veb-kamera kimi istifadə, qalmış resurslara nəzarət, stansiyada mümkün problem və nasazlıqların aşkar edilməsi. Smartfonların tətbiqinin əsas məqsədi — Beynəlxalq Kosmik Stansiya komandasının gündəlik qayğılardan onun daha ciddi, tədqiqat fəaliyyətində konsentrasiyası üçün azad olmasıdır.