waplog

“Lenovo” şirkəti dünyada ən yüngül ultrabuk təqdim edib


"Lenovo" şirkəti 14 düymlü "ThinkPad X1 Carbon" adlı ultrabuk təqdim edib. Onun çəkisi 1,35 kq, qalınlığı isə 18 mm təşkil edir. Ekranın təsvir ölçüsü 1600×900 nöqtəyə, əməli yaddaş 8 QB-a bərabərdir. "X1 Carbon" ultrabukunda "Ivy Bridge" prosessoru istifadə olunub.
 "
Lenovo" ultrabukunda "RapidCharge" texnologiyası reallaşdırılıb. Bu texnologiya sayəsində ultrabukun batareyasının 80 faizini 30 dəqiqə ərzində enerji ilə doldurmaq mümkündür. Quraşdırılmış  "HD" kamera istifadəçinin üzünün təyin və izlənilməsi funksiyasına malikdir. Ənənəvi "Wi-Fi" modulundan əlavə, "3G" şəbəkəsi də  dəstəklənir.

Əməliyyat sistemi kimi "Windows 7 Pro" 64 bitlik versiya quraşdırılıb. Ultrabukun qiyməti haqqında hələ ki məlumat yoxdur.







EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL