ÜDM-in 1,7 faizi informasiya və rabitə xidmətləri sahəsində istehsal edilib
2012-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında 16,6 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 0,3 faiz çox ümumi daxili məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, iqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artaraq 7,1 milyard manat və ya ÜDM-in 42,5 faizini təşkil edib. Eyni zamanda neft-qaz hasilatı və emalı sahələrində əlavə dəyər istehsalı 6,4 faiz azalıb.
ÜDM-in 59,3 faizi sənayedə, 2,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 6,7 faizi tikintidə, 7,0 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 1,4 faizi turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində, 1,7 faizi informasiya və rabitə xidmətlərində, 10,3 faizi sosial və digər xidmət sahələrində istehsal edilib, 6,2 faizi məhsula və idxala xalis vergilərin payına düşüb.
Bu dövrdə tikintidə əlavə dəyər real ifadədə 22,0 faiz, turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində 17,3 faiz, informasiya və rabitə xidmətlərində 13,2 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,1 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 4,5 faiz artıb.
Mədənçıxarma sənayesində əlavə dəyər istehsalının əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz azalması ilə yanaşı, emal sənayesində əlavə dəyərin 15,5 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində 5,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində isə 5,0 faiz artımı müşahidə edilib.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL