Gənclər Azərbaycanı XII Ümumrusiya elmi-texniki yaradıcılıq sərgisində təmsil edəcəklər
26 – 29 iyun 2012-ci il tarixlərdə Rusiya Federasiyasının Moskva şəhərində yaradıcı gənclərin aşkar olunması və dəstəklənməsi, onların yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasına şəraitin yaradılması, gənclərin elmi fəaliyyət və elmi-texniki yaradıcılıqda iştirakının səmərəliliyinin artırılması, MDB iştirakçı dövlətlərinin vahid elmi-tədris məkanının inkişafı məqsədilə növbəti dəfə Gənclərin XII Ümumrusiya elmi-texniki yaradıcılıq sərgisi “HTTM-2012” keçiriləcək. “İCTnews” elektron xəbər xidmətinə bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, gənclərin XII Ümumrusiya elmi-texniki yaradıcılıq sərgisində yaşı 30-dək olan gənc alimlərin, ixtiraçıların, tədqiqatçıların, konstruktorların, ali təhsil müəssisələrinin tələbə və aspirantlarının, elmi-texniki layihələrin müəlliflərinin iştirakı nəzərdə tutulub: ”Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan gəncləri sərgidə 3 nəfər gənc alim və mütəxəssisdən ibarət nümayəndə heyəti ilə təmsil ediləcək.
Qeyd edək ki, sərgi iştirakçıları tərəfindən təqdim olunmuş layihələr tədbirin müsabiqə proqramında da iştirak edəcək. Nümayəndələrin sərgi çərçivəsində təşkil olunacaq seminar, “dəyirmi masa”, “master-klass” və s. kimi tədbirlərdə də iştirak edəcəyi nəzərdə tutulub”.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL