waplog

E-poçt xidməti kəndləri də əhatə edəcək


Yaxın vaxtlarda elektron poçt xidmətləri daha da genişləndiriləcək. Kəndlər də elektron poçt xidmətlərinin əhatə dairəsinə qatılacaq. Bu barədə "Azərpoçt"MMC-dən verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, bu məqsədlə hazırlıq işləri aparılır.

  "Maliyyə xidmətlərinin inkişafı layihəsi çərçivəsində poçt şöbələrinin kompyuterləşməsi və buna paralel elektron imzanın genişlənməsi layihənin həyata keçirilməsini labüd edir.

Yəni bu gün ölkənin istənilən yerində yaşayan vətəndaş istənilən dövlət qurumuna elektron formada müraciət edə bilər və poçt rabitəsi də bu xidmətdən yararlana bilər"- deyə məlumatda qeyd olunur.Qeyd edək ki, artıq bir çox rayon poçt şöbələri ilkin variant kimi e-poçt xidmətinin tətbiqinə başlayıblar.



RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL