waplog

Piyada gəzinti zamanı “SMS” yazmaq qadağan edilib


Amerikanın Nyu-Cersi ştatında yerləşən Fort Li şəhərində   piyadalara hərəkət zamanı mesaj yazmağı qadağan edən qanun qüvvəyə minib.

“İCTnews.az” elektron xəbər xidməti “infox.ru” saytına istinadən  bildirir ki, polislər artıq yeni qanunun icrasına başlayıblar. Polis  rəisi Tomas Ripoli (Thomas Ripoli) iddia edir ki, mətn mesajı vasitəsi ilə əlaqə zamanı piyadaların diqqəti tam olaraq hərflərin yığılmasına və daxil olan mesajları oxumağa yönəlir. Belə insanlar, sözün əsl mənasında, hara getdiklərini görmürlər və  onların diqqəti mobil qurğunun ekranına zillənir.

Cənab Ripoli polislərə qanunu pozanları tutmaq və onları sərt cəzalandırmaq əmri verib. Həbs nəzərdə tutulmayıb, lakin cinayət başında yaxalanmış şəxs 85 dollar dəyərində cərimə ödəməli olacaq. Qanun 2012-ci ilin martında qəbul edilib, 1 ay sonra isə qüvvəyə minib. 2012-ci ilin aprelində polislər 117 cərimə yazıblar.

Piyadalar üçün mətn mesajı vasitəsilə əlaqə saxlamağa qadağa  hələ ki yalnız Forte Li şəhərində qüvvəyə minib, lakin bir sıra digər  şəhər və hətta dövlətlər piyadalar üçün belə tədbirlərin həyata keçirilməsi imkanını nəzərdən keçirirlər.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL