waplog

Smartfonların 56 faizi “Android” əməliyyat sistemi ilə işləyib


“Gartner” analitik şirkətinin məlumatına görə, 2012-ci ilin birinci rübündə satılmış təxminən 144,4 milyon smartfonun 56%-dən çoxu “Android” mobil platformasında işləyib.

“İCTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, satılmış smartfonların 23 faizi “iOS”, təxminən 8 faizi isə “Symbian”, 2.7 faizi “Bada”, 1.9 faizi “Windows Phone” mobil   platformasında işləyib. “BlackBerry” smartfonlarının payı isə 7 faizə bərabər olub.

2012-ci ilin birinci rübündə satılmış smartfonların ümumi sayı  keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 45 faiz yuxarı olub.Qeyd edim ki, 2012-ci ilin birinci rübündə mobil telefonların satış həcmi 2 faiz azalaraq 419 milyon təşkil edib.
 


EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL