waplog

“CONNECT" yeni xidmət filiallarını istifadəyə verib


Ölkənin ən qabaqcıl efir-kabel TV və genişzolaqlı internet xidmətləri provayderi olan "CONNECT" şirkəti 2012-ci ildə də abunəçilərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə yeni xidmət filiallarını istifadəyə verib.

Yeni açılmış filiallar xüsusi korporativ dizaynı ilə seçilən xarici görünüşə və interyerə malikdir. Üzərində "CONNECT" loqotipi olan yeni filiallar ətrafdakı ticarət obyektlərindən korporativ rəngləri və özünəməxsusluğu ilə seçilir.

Yeni filialların hər biri qəbul zalına malikdir. Burada abunəçilərin istək və arzularını bildirmələri, rahat şəkildə öz növbələrini gözləmələri və "CONNECT" efir-kabel televiziyasının yayımladığı bütün telekanalları izləmələri üçün hər cür şərait yaradılıb.

"CONNEKT" abunəçiləri yeni açılan filiallarda aylıq ödənişləri həyata keçirməklə yanaşı, şirkətin xidmətləri ilə bağlı yarana biləcək bütün problemlərin həlli üçün müraciət etmək imkanına malikdirlər. Həmçinin, "CONNEKT" efir-kabel televiziya yayımına və ADSL-internet xidmətinə qoşulma, paketlərin siyahısında dəyişikliklərin edilməsi və bütün digər məsələlərlə bağlı yeni filiallara müraciət etmək olar.

RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL