“Bakcell” dağlıq rayonlarda mobil rabitənin keyfiyyətini yüksəldir
"Bakcell" şirkəti Azərbaycanın dağlıq rayonlarında keyfiyyətli əlaqənin təminatı üçün yeni layihəyə start verib.
Şirkətin texniki direktoru İqit Bektaş jurnalistlərə bildirib ki, operator stansiyalarının sabit enerji təchizatı üçün günəş batareyalarıyla və külək generatorlarıyla istehsal edilən enerjidən istifadə etməyi planlaşdırır.
"Enerji təchizatıyla bağlı dağlıq rayonlarda problemlər yaranır. Yeni layihə ölkənin yüksək dağ regionlarında bizim xidmətlərimizin keyfiyyətinin artırılmasına imkan yaradacaq", - deyə İ.Bektaş vurğulayıb.
Layihənin reallaşdırılması 2012-ci ilin üçüncü rübünə planlaşdırılıb.
İ.Bektaş, həmçinin qeyd edib ki, işğal edilmiş ərazilərdən başqa hal-hazırda Azərbaycanın 92% ərazisi "Bakcell"in xidmətləri ilə əhatə olunub.
GÜLNAR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL