waplog

“Eurovision - 2012” mahnı müsabiqəsi ilə əlaqədar turizm informasiya mərkəzləri quraşdırılıb


Nəqliyyat Nazirliyinin dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyinin, Bakı İnformasiya Turizm Mərkəzinin (BİTM), Azərbaycan Dövlət Dəniz Administrasiyasının və "Azərbaycan Hava Yolları" QSC-nin "Eurovision - 2012" mahnı müsabiqəsi ilə əlaqədar ölkəmizə gələn turistlər üçün birgə quraşdırdıqları informasiya turizm mərkəzlərinin təqdimatı olub.

BİTM-in direktorunun müavini Bəxtiyar Qılıncov yeni fəaliyyətə başlayan turizm informasiya mərkəzləri haqqında məlumat verib. B.Qılıncov bildirib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda, Dəmir Yolu Vağzalında, Bakı Beynəlxalq Dəniz Vağzalında və Bakı Beynəlxalq Avtovağzal Kompleksində  quraşdırılmış mərkəzlər ölkəmizə gələn qonaqları Azərbaycan haqqında dolğun informasiya ilə təmin edəcək.

Eyni zamanda, turistlərə Bakının xəritələri, sorğu kitabçaları, paytaxtda keçirilməsi nəzərdə tutulan mədəni-kütləvi tədbirlər, hotel və restoranlar barədə məlumatları əks etdirən bukletlər və digər çap məhsulları da təqdim olunacaq.

Qeyd edilmişdir ki, turizm informasiya mərkəzlərinin işinə Azərbaycan Turizm İnstitutunun xarici dillərə yiyələnmiş tələbələri cəlb olunublar. Onlara BİTM-də müvafiq treninqlər keçirilib.

Avropa ölkələrindən axının çox olduğunu deyən Heydər Əliyev Beynəlxalq Aeroportundakı turizm informasiya mərkəzinin əməkdaşı Afaq Abdullayeva bildirib ki, gün ərzində 50-dən artıq turistə xidmət göstərilir. Qonaqlar ən çox Bakının xəritəsini istəyirlər. Eyni zamanda, onlar Azərbaycanın tarixi-memarlıq abidələrinə, milli-mədəni dəyərlərinə böyük maraq göstərirlər.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL