waplog

“HP” işçilərini ixtisar edir


“Hewlett-Packard” (HP) şirkəti təxminən 25 min əməkdaşını işdən çıxarmağa hazırlaşır; bu, şirkətin ümumi ştatının 8 faizi deməkdir. Şirkətdəki mənbələr bildiriblər ki, atılacaq bu addım korporasiyanın daxili xərclərini azaltmağa imkan yaratmalıdır.

“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, işdən çıxarmaq haqqında plan hələ tam olaraq təsdiqlənməyib və dəyişdirilə bilər.

Şirkətin hazırkı baş direktoru Meqan Uitman 2011-ci ilin sentyabrından etibarən “HP”  korporasiyasına rəhbərlik edir və o vaxtdan şirkətin göstəricilərinin aşağı düşməsinin qarşısını almaq üçün həll axtarışındadır. “HP”-nin istehsalı olan fərdi kompyuterlərin satış həcmi hazırda çox sürətlə azalır, çünki istehlakçılar getdikcə mobil platformalara üstünlük verirlər.
 





EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL