waplog

RİTN “Virtual Qarabağ” Mərkəzi yaradacaq


Azərbaycan Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planına uyğun olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (RİTN) Gənclər və İdman Nazirliyi ilə birgə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin yaradılması tapşırılıb.
Mərkəzin yaradılması 2012-ci ildə nəzərdə tutulub. Tədbirlər planı çərçivəsində RİTN müvafiq dövlət qurumları ilə birgə Azərbaycanın “online fikir bankı”nı yaratmalı və internet jurnalistika sahəsi üzrə təlimlər təşkil etməlidir.
Bundan əlavə RİTN-ə tədbirlər planının digər bəndləri üzrə də dövlət strukturları ilə birgə müvafiq işlərin görülməsi həvalə edilib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL