waplog

Azərbaycanda kompyuter istifadəçilərinin 49,30 faizi qadınlardır


Azərbaycanda kompyuter istifadəçilərindən 49,30 faizi və  müəssisələrdə internetdən istifadə edən işçilərin 47,70 faizi qadınlardır. Respublikada qadın kompyuter istifadəçilərinin şəhər və kənd üzrə göstəricisi müvafiq olaraq 38,80 faiz və 40,10 faiz təşkil edir. “İCTnews” elektron xəbər xidmətinə bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Məxfi şöbənin müdiri Təranə Səfərova məlumat verib.

Şöbə müdiri bildirib ki, hesablamalara görə, rabitə və informasiya texnologiyaları sektoru üzrə ümumi  işləyənlərin sayı 31.000 nəfərdir: ”Onlardan qadınların sayı 10.600 nəfərdir. Bu isə sektor üzrə 34.2 faiz deməkdir. RİTN-in struktur bölmələrində işləyənlərin sayı 17.070 nəfər, onlardan 5.844 nəfəri qadınlardır. Bu da 34.2 faiz deməkdir.

Nazirliyin aparatında bu göstərici 42.4 faiz təşkil edir. Nazirliyin aparatında 10 şöbə müdirindən 2 nəfəri qadındır. Poçt sahəsində işləyənlərin 46 faizi qadınlardır. RİTN-in strukturunda 567 qadın rəhbər vəzifədə çalışır”.

T.Səfərovanın sözlərinə görə, rabitə və İT sahəsində çalışan qadınların əməyi dövlət tərəfindən layiqincə qiymətləndirilir. Belə ki, respublika prezidentinin fərmanı  ilə 1 nəfər  “Əməkdar mühəndis” fəxri adını almış, 7 nəfər  “Tərəqqi” və 3 nəfər  “Dövlət qulluğunda  fərqlənməyə görə” medalları ilə təltif olunublar: ”RİTN-də də qadınların əməyi qiymətləndirilir. Belə ki, hal-hazıradək səmərəli fəaliyyətlərinə görə nazir Əli Abbasovun əmri ilə 136 qadın  Fəxri fərmanla, 58 qadın  “Rabitə ustası”  və 5 qadın isə “Fədakar rabitəçi”  adlarına layiq görülüblər”.
 
 
HƏQİQƏT



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL