Pensiya təyinatının vahid mərkəzdən aparılmasını həyata keçirəcək proqram təminatı hazırlanır
Azərbaycanda pensiya təyinatının avtomatlaşdırılması və elektron xidmətlərin təşkili sahəsində işlər daha da intensivləşdirilib. Bu məqsədlə pensiya təminatının vahid sadələşdirilmiş qaydaya gətirilməsi və Dövlət Sosial Müdafiə Fondu (DSMF) sistemində korporativ şəbəkənin qurulması təmin edilib.
“İCTnews” elektron xəbər xidmətinə bu barədə fondun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev məlumat verib.
Onun sözlərinə görə, hazırda pensiya təyinatı üzrə əməliyyatların vahid mərkəzdən aparılmasını həyata keçirəcək proqram təminatının hazırlanması və tətbiqi ilə bağlı tədbirlər görülür: ”Bununla yanaşı, elektron xidmətlərin təşkili məqsədilə DSMF-nin rəsmi internet səhifəsində interaktiv və informativ xidmətlərdən ibarət elektron xidmətlər bölməsi yaradılaraq şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsi təmin edilib və fondun bu sahədəki fəaliyyəti keçirilən monitorinq və müsabiqələrin nəticələri üzrə xüsusi qiymətləndirilib”.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL