“Bakcell” “Baku Crystal Hall” kompleksinin texniki təchizatına 2 milyon manat ayırıb
Azərbaycanın mobil rabitə operatoru “Bakcell” şirkəti “Baku Crystal Hall” kompleksinin texniki təchizatına 2 milyon manat ayırıb. Hazırda kompleksdə 30 mindən artıq abonent şirkətin göstərdiyi servislərdən istifadə edə bilər.
Şirkətin texniki direktoru Yeqit Bektaş bildirib ki, “Bakcell” şəbəkəsinin inkişafına ilin sonunadək 70 milyon manat sərmayə yatırılacaq.
“Bakcell” şəbəkəsi ölkə əhalisinin 99 faizini, ölkə ərazisinin 92 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, “Sür@” xidməti və yeni tərəfdaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və 7 müştəri xidmətləri mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL