waplog

Regionda ilk dəfə olaraq Azərbaycanda yüksəkdəqiqlikli rəqəmli TV vericisi quraşdırılıb


 Azərbaycanda və regionda ilk dəfə tətbiq olunan yüksəkdəqiqlikli formata malik rəqəmli  televiziya vericisi vasitəsilə 48-ci kanalda birbaşa Bakı şəhəri və Abşeron yarımadasının ərazisində “Eurovision 2012” mahnı müsabiqəsinin yerüstü televiziya yayımı təşkil ediləcəkdir.

Bu məqsədlə  Teleqüllə kompleksində  2,6 kilovatt gücə malik rəqəmli  televiziya vericisi quraşdırılaraq istismara verilib və “İctimai” televiziya proqramının qeyd olunan formatda yayımına başlanılıb.

Yüksəkdəqiqlikli rəqəmli televiziya yayımına keçid, tezlik resurslarının səmərəli istifadəsinə və  televiziya  proqramlarının, xüsusilə də “Eurovision 2012” mahnı müsabiqəsinin yüksək keyfiyyətlə qəbuluna geniş imkanlar yaradacaq.

Eyni zamanda  respublikada və regionda ilk dəfə olaraq radio proqramlarının 105 meqahersdə, analoq  yayımı ilə eyni tezlikdə  yüksəkdəqiqlikli formata malik rəqəmli  yayımlanmasına başlanılmışdır. Hazırda “Respublika” və “İctimai” radio proqramlarının yayımı bu formatda həyata keçirilir. 

Nəticədə göstərilən radio proqramlarının qəbul keyfiyyəti yüksəlmiş, tezliklərdən səmərəli istifadə edilməsinə və dinləyicilərə radio proqramları ilə yanaşı, əlavə olaraq mətn və qrafik  məlumatların ötürülməsinə də imkan yaranmışdır.
Qeyd olunan yüksəkdəqiqlikli formatlı televiziya və radio yayımlarının uyğun qəbuledici qurğularla seyr edilməsi və dinlənilməsi mümkündür.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL