waplog

“Facebook”da statusunu dəyişmədi, ailəsi dağıldı


Yeni qurulmuş ailənin nikahı cəmisi 2 ay davam edib. Belə ki, hindli qadın həyat yoldaşının "Facebook" statusuna görə ondan boşanmaq qərarı verib.

Qadının sözlərinə görə, onun əri nikah bağlandıqdan  sonra keçmiş 2 ay ərzində "Facebook" sosial şəbəkəsində öz statusunu "evliyəm" deyə dəyişdirməyib və qadın bildirib ki, bundan sonra onun ərinə heç bir etibarı yoxdur.

"İCTnews.az" elektron xəbər xidməti "techonliner.by" saytına istinadən bildirir ki, hindli qadının əri məhkəmədə bildirib ki,  "Facebook" səhifəsinə baxmağa vaxtı olmayıb; o, mebel biznesində çalışır və bu aralar çox məşğul olub.

O, nəinki statusu dəyişməyi, həm də ümumiyyətlə hesabı bağlayacağını bildirib.Hakim onlara fikirləşmək üçün 6 ay müddət verib, lakin qadın fikrində israrlıdır və boşanmaq istədiyini bildirib.
 


EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL