waplog

Meksika Kosmik Agentliyinin nümayəndələri ilə “Azərkosmos” ASC-də görüş keçirilib


15-19 may tarixlərində ölkəmizdə səfərdə olan Meksika Kosmik Agentliyinin nümayəndələri ilə "Azərkosmos" ASC-də geniştərkibli görüş keçirilib. Meksika Kosmik Agentliyinin Baş direktoru Xavier Mendietanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə "Azərkosmos" ASC-nin yaranma səbəbləri və tarixçəsi, məqsəd və fəaliyyət istiqamətləri, qarşıda duran planlar ilə yanaşı, 2012-ci ilin sonunda orbitə buraxılması planlaşdırılan ilk telekommunikasiya peykinin əhatə dairəsi, peyk vasitəsilə göstəriləcək xidmət növləri, peyki idarəetmə mərkəzləri barədə ətraflı təqdimatlar edilib.

Görüşdə həmçinin 2013-cü ildə orbitə buraxılması planlaşdırılan aşağıorbitli peykə dair "Azərkosmos" ASC tərəfindən aparılan araşdırma və hazırlıq işlərinə dair ətraflı məlumat verilib.

Meksika Kosmik Agentliyinin fəaliyyəti ilə bağlı tanışlıq məqsədli çıxışlardan sonra sözügedən qurum ilə "Azərkosmos" ASC arasında gələcək əməkdaşlıq perspektivlərinə dair geniş müzakirələr aparılmış, əməkdaşlıq imkanlarına dair müəyyən istiqamətlərə dair fikir mübadiləsi edilib.

Habelə, görüşdə ölkəmizdə texnologiya tutumlu sahələrin yeni təşəkkül tapması və peyk sənayesinin yaradılması işinə son illərdə başlanılması ilə əlaqədar olaraq, bu sahə üzrə ölkəmizdə insan ehtiyatlarının və kadr potensialının inkişaf etdirilməsi işində Meksika Kosmik Agentliyinin "Azərkosmos" ASC ilə əməkdaşlıq etməsi və təcrübə mübadiləsində iştirak etməsi təklif olunub.

Meksika Kosmik Agentliyinin rəhbərliyi əməkdaşlığa dair bütün təklifləri müsbət qarşıladıqlarını bəyan edərək, regionda lider ölkəyə çevrilməkdə olan Azərbaycanla sıx əlaqələr qurmaqda, xüsusilə də "Azərkosmos" ASC ilə bu istiqamətdə iş aparmaqda maraqlı olduqlarını bildirib.

Səfər çərçivəsində nümayəndə heyəti Şamaxı Astrofizika Rəsədxanasında da olaraq rəsədxanada aparılan elmi-tədqiqatlarla tanış olublar.

RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL