Sevda Abdullayeva: “Bionanotexnologiya ilə bağlı gələcək planlarımız böyükdür”
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzinin inkişaf strategiyasında əsas prioritetləri nanotexnologiyalar, süni intellekt, neyroelektronika, biotexnologiya təşkil edir.
Seçilmiş prioritetlər 21-ci əsr təkamül sahəsinin yaradılmasına, avtomatlaşdırılmasına, intellektual idarəetməyə xidmət edir. “İCTnews” elektron xəbər xidmətinə bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzinin direktoru, professor Sevda Abdullayeva məlumat verib.
Onun sözlərinə görə, mərkəz sənayenin inkişafına təkan verir: “Azərbaycanda həyata keçirilən layihələr, açılan zavodlar sosial yönümlüdür. Mərkəz də öz fəaliyyəti ilə tamamlanmış biznes strukturunun yaradılmasına dəstək olur”. Hazırda mərkəzdə “Təmiz otaq” (“Clean room”) yaradılıb ki, bura Yaponiya və Almaniyada istehsal olunan ən müasir avadanlıqlarla təchiz edilib. Alman mütəxəssisləri tərəfindən burada çalışacaq kadrlarımıza treninqlər də keçirilib.
“Clean room”-da yerləşən və ən müasir texnologiyalardan ibarət bu avadanlıqlar yüksək texnologiya məhsullarının istehsalı üçün nəzərdə tutulub. Mərkəzdə neft tullantılarından istifadə edilməklə tətbiq sahəsi çox geniş olan nanoborular da istehsal edilir. Nanoborular hərbi, ekologiya sahələrində, tibdə, informasiya texnologiyaları, tikinti sektoru, maşınqayırmada və s. sahələrdə tətbiq olunur.
Mərkəzdə DNT sintezi və analizi üçün cihazlar da mövcuddur: “Biz bionanotexnologiya sahəsində də işlər aparırıq, DNT-ni sintez edirik. Aldığımız praymerləri həkimlər xəstəxanada diaqnostika üçün işlədə bilərlər. Bizim bununla – bionanotexnologiya hissəsi ilə bağlı gələcək planlarımız böyükdür. Türkiyədə bionanotexnologiyaya çox böyük diqqət yaranıb. Ona görə də Türkiyə ilə bionanotexnologiya sahəsində birgə layihələrin reallaşdırılmasını istəyərdik”.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL