Koreya Azərbaycanda kompyuter sisteminin yenilənməsinə 100 min dollar xərcləyəcək
Bu gün Koreya Milli İnformasiya Cəmiyyətinin nümayəndələri Bakı Dövlət Universitetində olublar. Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən birinin Cənubi Koreya olduğuna diqqət çəkib, ölkələrarası əlaqələrin bütün istiqamətlər üzrə inkişaf etməsindən məmnunluq ifadə edib.
Eyni zamanda rektor BDU haqqında məlumat verib, beynəlxalq əlaqələrindən, qrant və proqramlardan danışıb. Rektor universitetdə tədris olunan Koreya dili və ədəbiyyatından söz açıb, hazırda dövlət proqramına uyğun olaraq 50 nəfərdən çox tələbənin Koreyanın müxtəlif universitetlərində oxuduqlarını bildirib.
Bu barədə BDU-nun Mətbuat və informasiya şöbəsindən "İCTnews.az" elektron xəbər xidmətinə verilən məlumata görə, Koreya Milli İnformasiya Cəmiyyətinin icraçı direktoru Myungha Hongun bildirib ki, səfərlərinin məqsədi 4 il əvvəl BDU-da yaradılmış Azərbaycan-Koreya Məlumat Mərkəzinin monitorinqini aparmaqdır.
Onlar mərkəzlə tanış olub və müəyyən yenilənmə işlərinin aparılması qərarına gəliblər.
Yenilənmə işlərinə mərkəzin kompyuter sisteminin yenilənməsi, videokonfrans və virtual universitetin yaradılması daxildir. Qonaqların təkliflərini qəbul edən rektor BDU tərəfindən onlara bütün işlərdə dəstək veriləcəyini bildirib.
Sonda bütün bu dəyişiklikləri nəzərdə tutan müqavilə imzalanıb.Qeyd edək ki, Azərbaycan-Koreya Məlumat Mərkəzinin yenilənmə prosesindən sonra açılışı avqust ayına nəzərdə tutulur. Təxminən 100 min dollara başa gələcək təchizat işləri əvəzsiz olaraq (BDU heç bir vəsait ödəməyəcək) həyata keçiriləcək.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL