Xüsusi statuslu arxipelaqda internet və mobil rabitə
"Космическая связь" dövlət müəssisəsi Şpitsbergen arxipelaqı adalarına yüksəksürətli internet və rəqəmli televiziya çəkəcək. Həmçinin, Şpitsbergendə mobil əlaqə qəbulunu genişləndirmək planlaşdırılır. Köhnə rabitə əlaqələri bərpa ediləcək və yeni baza stansiyaları tikiləcək. Layihənin reallaşdırılması üzrə işlərə start verilib.
Hava şəraitinin xüsusiyyətləri ilə əlaqədar Şpitsbergenin infrastrukturunun yaxşılaşması yalnız iyul-avqust aylarında aparıla bilər. İş üçün lazım olan materiallar əvvəlcədən, mayın 31-də arxipelaqa "Павел Корчагин" gəmisi ilə gətirilib.
Qeyd edək ki, Şpitsbergen Şimal Buzlu okeanda yerləşir. Arxipelaq xüsusi statusa malikdir, 1920-ci ildən o, Norveçin ərazisi hesab edilir. Lakin Şpitsberqen müqaviləsini imzalamış digər dövlətlər də orda təsərrüfat fəaliyyətini aparmaq hüququna malikdirlər. Arxipelaqın əhalisinin sayı 2,6 min insan təşkil edir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL