waplog

Saxta dərmanlardan qorunmaq üçün dərmanların qeydiyyatı avtomatlaşdırılıb


Bundan sonra vətəndaşlar Səhiyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyatdan keçmiş dərmanlar haqqında məlumatları elektron qaydada ala biləcəklər. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə sözügedən nazirlikdə Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, bu sahədə göstərilən elektron xidmət tam avtomatlaşdırılıb.

Elektron xidmətin göstərilməsinin hüquqi əsası “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” respublika prezidentinin 2011-ci il tarixli fərmanı ilə tənzimlənir.

Səhiyyə Nazirliyinin “Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi” MMC tərəfindən dərhal icra olunacaq xidmətin nəticəsində əhali saxta dərmanlardan qorunmaq məqsədilə dərmanların rəsmi qeydiyyatdan keçib-keçməməyi haqqında məlumatları əldə edəcəklər: “İnformativ xidmət üzrə aparılan məlumatlandırma işləri ödənişsizdir. Hər bir şəxsə bu sahədə elektron xidmət “http://pharma.az/” internet ünvanı vasitəsilə təqdim edilir.

Elektron xidmətin göstərilməsi üçün heç bir sənəd tələb olunmur. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlara gəlincə, xidmət istifadəçilər üçün daim açıqdır və istifadəsində hər hansı qaydada məhdudiyyət yoxdur. Xidmətin yerinə yetirilməsinə nəzarəti isə Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi həyata keçirir”.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL