Noutbuk bazarının liderləri məlum oldu
“NPD DisplaySearch” şirkətində çalışan analitiklərin 2012-ci ilin birinci rübünün nəticəsinə görə tərtib etdikləri hesabata əsasən, Amerikanın “Apple” şirkəti mobil fərdi kompyuterlər bazarında liderdir.
“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlər noutbuk və planşet bazarını da təhlil ediblər. Təhlilə əsasən, Kaliforniya nəhənginin bu bazardakı payı 22,5 faiz təşkil edib. “Apple” korporasiyası 2012-ci ilin yanvar-mart ayları ərzində 17.2 milyon “iPad” və “MacBook” qurğusu tədarük edərək keçənilki göstəricini 118 faiz ötüb.
Mobil fərdi kompyuter tədarüklərinin həcminə görə ikinci yerdə 11.6 faiz göstərici ilə “Hewlett-Packard” (HP) qərarlaşıb. Tayvanın “Acer” şirkəti (9 faiz) üçüncü olub. İlk beşlikdə, həmçinin “Lenovo” (5,5 faiz və 5,9 milyon sistem) və “Dell” (7,3% və 5,6 milyon) şirkətləri yerləşiblər.
Qeyd edim ki, “HP” şirkəti 16.2 faiz göstərici ilə noutbuk bazarında liderliyini qoruyub saxlayıb. Sonrakı yerlər belədir: “Acer”, “Lenovo”, “Dell” və “ASUS”.
Planşet seqmentinə gəlincə, “Apple” korporasiyası (62,8%) liderliyini qoruyub saxlayır. “NPD DisplaySearch” tədqiqat şirkətinin hesablamasına görə, planşet seqmentində ikinci yerdə Cənubi Koreyanın “Samsung Electronics” şirkəti, üçüncü yerdə isə “Amazon” internet-şirkəti qərarlaşıb.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL