waplog

“Eurovision” təmsilçimiz çıxışında milli ənənələrlə müasir texnologiyanı birləşdirəcək


Azərbaycan təmsilçisi Səbinə Babayevanın “Eurovision 2012”-də final çıxışı milli ənənələr, sənət və müasir texnologiyalarla birləşməni əks etdirəcək. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, üç dəqiqəlik çıxışı zamanı Səbinə səhnəyə, “Eurovision” müsabiqəsi səhnəsində ilk dəfə istifadə olunacaq xüsusi texnoloji effektin elementi – səhnə kostyumunda videoproyeksiyası olan orijinal libasda çıxacaq.

Vizual xüsusi effektlərlə ən son texnologiyalardan istifadə və Səbinənin mükəmməl vokal göstəriciləri müğənninin müsabiqənin finalında çıxış edəcəyi “When the Music Dies” balladasının süjetini gözəl şəkildə bildirəcək.

Xüsusi avadanlıq Səbinə və onun qrupu tərəfindən “Crystall Hall” səhnəsində 20 may tarixində keçirilmiş ikinci məşqi zamanı ilk dəfə sınaqdan keçirilib.

Azərbaycan musiqisinin ənənələrini və bənzərsiz vokal sənətini Səbinə ilə birlikdə səhnədə əfsanəvi muğam ifaçısı Alim Qasımov da təqdim edəcək. Vokal partiyasını üç bek-vokalçı tamamlayacaq.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL