waplog

“Nvidia” 200 dollarlıq dördnüvəli planşetlərini təqdim edib


“Nvidia” şirkəti “Android” əməliyyat sistemi bazası əsasında işləyən 199 dollarlıq dördnüvəli planşet kompyuter konsepsiyasını hazırlayıb.

“İCTnews.az” elektron xəbər xidməti “mincom.gov.az” saytına istinadən bildirir ki, konsepsiya “Kai” adlandırılır və bu ad altında planşetlərin əsasını artıq mövcud dördnüvəli “Tegra 3” mobil prosessorunun yenidən hazırlanmış versiyası təşkil edir. Bu barədə şirkətin vitse-prezidenti Rob Ksonger şirkətin səhmdarları ilə görüşdə bildirib.

Qurğunun qiymətinin aşağı olması iki amillə - prosessorda “orijinal” “Tegra 3”-dən fərqli olaraq daha ucuz komponentlərin istifadə edilməsi və az enerji sərf edən ekranların tətbiqi ilə əlaqədardır.
R.Ksonger 200 dollarlıq planşetlərin satışa çıxarılma müddəti və şirkət tərəfindən onun nə vaxt istehsalına başlanması barədə açıqlama verməyib. Yalnız qurğunun “Android 4.0” ƏS-nin idarəetməsi ilə işləyəcəyi məlumdur. 

Qeyd edək ki, şirkət rəhbəri Censen Huanq 2012-ci ilin yazında bazara “Tegra 3” bazası əsasında 299 dollarlıq planşetlərin çıxarılacağını bildirmişdi. Hazırda bu platforma əsasında işləyən qurğuların qiyməti 400 dollar və daha yuxarıdır. 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL