5000-dən çox pirat disk məhv edilib
Pirat CD və DVD-lərin məhv edilməsi ilə bağlı İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (ASİHMDX) tərəfindən verilən məcburi göstərişin icrası təmin edilib.
Göstərişin nəticəsi olaraq, yoxlama zamanı aşkarlanmış 5047 ədəd pirat CD və DVD-lər qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən qeyd edilib ki, pirat audiovizual məhsullarının satışının qarşısı bir müddət əvvəl alınıb.
Belə ki, ASİHMDX-nin Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, ev 16 ünvanında Amin Hümbətova məxsus mağazada apardığı yoxlama zamanı müəllif və ya əlaqəli hüquqların sahibinin razılığı olmadan istehsal edilmiş, habelə üzərində istehsalçı barədə heç bir məlumat göstərilməmiş pirat audiovizual məhsulların satıldığı aşkarlanmışdı. Aşkar edilmiş pirat CD və DVD-lərin məhv edilməsi ilə bağlı Dövlət Xidməti tərəfindən Amin Hümbətova icrası məcburi göstəriş verilmişdi.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL