waplog

“İntel” 2015-ci ilədək “ağıllı” kompyuter istehsalına söz verib


“İntel” korporasiyası İsraildə yeni tədqiqat layihəsinin istifadəyə verilməsi haqqında elan edib . Layihənin məqsədi “ağıllı” kompyuterlər hazırlamaqdır. Bu barədə Təl-Əvivdə keçirilmiş mətbuat konfransında korporasiyanın baş texniki direktoru Castin Rattner bildirib.

“İCTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, "smartfonlar adına baxmayaraq heç də ağıllı deyillər. Smartfonum onu aldığım vaxtdan bəri mənim haqqımda yeni heç nə öyrənməyib" - Rattner qeyd edib. O bildirib ki, “İntel” korporasiyası insanlara gündəlik həyatda kömək edəcək portativ və taxıla bilən qurğu yaratmaq niyyətindədir.

Belə aparatlar özləri müstəqil şəkildə “öyrədə” biləcəklər. Məsələn, əgər insan maşının açarlarını tez-tez evdə unudursa, "ağıllı" qurğu zamanla ona bu barədə küçəyə çıxmazdan əvvəl xatırladacaq.

"İntellektual" layihələrin hazırlanması ilə “İntel” korporasiyasının hesablama intellekti sahəsində fəaliyyət göstərən elmi-tədqiqat institutu, həmçinin Hayfa şəhərində yerləşən “Texnion” institutu və Yerusəlimdə yerləşən Yəhudi universitetində çalışan mütəxəssislər məşğul olacaqlar.“İntel” korporasiyası ilk “ağıllı” kompyuterləri 2014-2015-ci illərdə buraxacağına söz verib.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL