waplog

Azərbaycanda virtual xalça muzeyi fəaliyyət göstərir


Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi tərəfindən istifadəyə verilən virtual xalça muzeyində ölkəmizin zəngin xalça və xalq tətbiqi sənət nümunələri əks olunub.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, virtual muzeylə  “www.azcarpetmuseum.az/carpet/” internet ünvanı vasitəsilə tanış olmaq mümkündür. “Muzeyin ekspozisiyasına virtual bələdçi bölməsində” Dövlət Muzeyinin zəngin ekspozisiyasının təsvir olunduğu 13 virtual zal təqdim olunub.

“Muzeyin Fond kolleksiyası” bölməsində isə e.ə. III minilliklərdə Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı tapılmış eksponatlardan tutmuş, bugünkü  xalq sənəti nümunələrini özündə əks etdirən elektron kolleksiyalar toplanıb. Azərbaycan xalq sənətini özündə cəmləşdirən bu sənət nümunələri Azərbaycanın müxtəlif bölgələrindən - Quba, Şirvan, Gəncə, Qazax, Qarabağ, Bakı (Abşeron) və digər ərazilərdən toplanıb.

Bu nümunələrin əsasını xovsuz, xovlu xalçalar və xalça məmulatları ilə yanaşı, zərgərlik, bədii metal, tikmə, geyim, parça, keramika, çini, ağac, qrafika, daş və s. təşkil edir. Hazırda muzeyin kolleksiyasında 10.000-dən artıq Azərbaycan xalq tətbiqi sənəti nümunəsi var.Elektron resurs Azərbaycan, rus və ingilis dillərində hazırlanıb.

CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL