"Günəş" təyyarəsi səmaları fəth edir
Günəş batareyaları ilə işləyən “Solar Impulse” təyyarəsi mayın 28-də Avrasiya və Afrika materikləri arasındakı uçuşun ikinci mərhələsinə başlayacaq. Təyyarəni digər pilot idarə edəcək.
“İCTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, təyyarə Mərakeşin paytaxtı Rabat şəhərinə kurs götürəcək.
Qeyd edim ki, "günəş" təyyarəsi bir gün əvvəl səhər İsveçrənin Peyern qəsəbəsindən yerli vaxtla saat 08:24-də yerdən aralanıb. Uçuş aparatı təxminən 01:28 radələrində İspaniyanın paytaxtı Madrid şəhərində planlaşdırılmış texniki enmə həyata keçirib. Təyyarəni onun konstruktorlarından biri Andre Boşberq idarə edib.Uçuşun ikinci mərhələsində hava gəmisini onun digər konstruktoru Bertran Pikar idarə edəcək.
Konstruktorlar Bertran Pikar və Andre Borşberq tərəfindən yaradılmış təyyarə kütləyə ilk dəfə 2009-cu il iyun ayının sonunda təqdim edilmişdi. Günəş enerjisi ilə işləyən təyyarənin ilk uzunmüddətli uçuşu 2010-cu il aprelin 7-də olmuşdu. O zaman “Solar Impulse” havada təxminən 75 dəqiqə olmuşdu.
2011-ci ilin mayında Boşberq tərəfindən idarə olunan “Solar Impulse” təyyarəsi İsveçrədən Belçikaya uçuş həyata keçirib.
“Solar Impulse” təyyarəsinin qanadlarının kənar nöqtələri arasındakı məsafə 63,4 metr, çəkisi isə 1,6 ton təşkil edir. Onun qanadlarında yerləşən təxminən 12 min fotoqalvanik element 4 ədəd elektromotoru 10 at gücünə malik günəş enerjisi ilə təchiz edir.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL