waplog

“Müasir biologiyanın innovasiya problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib


Bu gün Bakı Dövlət Universitetində görkəmli alim, əməkdar elm xadimi, professor Mirəli Axundovun anadan olmasının 110-cu ildönümü münasibətilə gənc alimlərin və tədqiqatçıların «Müasir Biologiyanın innovasiya problemləri» mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib.

Universitetdən bildirilib ki, konfransın plenar iclasını giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov Mirəli Axundovun həyat yolundan, böyük elmi məktəbin yaradıcısı kimi xidmətlərindən bəhs edib.

Sonra Biologiya fakültəsinin Genetika və təkamül təlimi kafedrasının professoru, millət vəkili Kamilə Əliyeva və biologiya fakültəsinin dekanı, professor Akif Quliyev məruzə ilə çıxış ediblər. Konfrans işini «Bitki fiziologiyası, biokimya, biofizika və molekulyar biologiya», «İnsan və heyvan fiziologiyası və genetika», «Botanika, mikrobiologiya və ekologiya» bölmələrində davam etdirəcək.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL