waplog

Yaponiyada robotlaşdırılmış ferma yaradacaqlar


Yapon mühəndislərinin ölkədə yaratmağı planlaşdırdığı futurizm fermasında əsas fermerlər robotlar olacaq. İlk robotlaşdırılmış fermaların 2011-ci ildə baş vermiş zəlzələ və sunamidən zərər çəkmiş rayonlarda yaradılacağı gözlənilir.

“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, mühəndislərin planına əsasən, kənd təsərrüfatı sahəsində çalışacaq robotlar torpağı becərməli, bitkiləri əkməli, onları alaq etməli və suvarmalı, məhsulu yığmalı və onu qutulara yerləşdirməlidir. Bundan əlavə, robotlar torpağı təhlil edərək  bitkilərin keyfiyyətin artırılması üçün bu və ya digər gübrədən istifadə olunması haqqında qərarı özləri qəbul edəcəklər.

Robotlaşdırılmış fermaların yaradılması üzrə layihəyə cəlb edilən şirkətlər arasında “Fujitsu”, “Hitachi”, “Sharp”, “NEC”, “Yanmar”, “Ajinomoto” və “Ito-Yokado Co” şirkətlərinin adları hallanır.

Əgər robotlaşdırılmış fermaların yaradılması üzrə sınaq layihəsi uğurlu alınsa, o zaman gələcəkdə ölkənin digər regionlarında da belə fermalar yaradılacaq.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL