waplog

“Apple” korporasiyasının hazırkı direktoru Stiv Cobsun ənənələrinə hörmət etmir?


Tim Kuk Stiv Cobsun mirasına hörmətlə yanaşır və onu hörmətlə anır, lakin qərarların qəbul olunmasında öz bilik və təcrübəsinə əsaslanır. O, şirkəti daha açıq edir və sıravi əməkdaşlara yaxın olmağa çalışır.

“İCTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “Apple”-ın baş direktoru Tim Kuk sələfi ilə müqayisədə daha mülayim insandır. “Fortune” jurnalında redaktor Adam Laşinskinin dərc etdiyi məqalə bunu deməyə əsas verir.

"Apple” şirkətində çalışan əməkdaşların bir çoxuna Tim Kuk ilə münasibətdə olmaq daha rahatdır. Tim Kuk nahar fasiləsində kafedə tez-tez şirkətin əməkdaşlarından kiminsə yanında oturur, halbuki Stiv Cobs adətən dizayn direktoru Conatan Ayv ilə nahar eləyirdi".

Digər şirkətlərdəki kolleqaları da Kuk haqqında müsbət fikirdədir. "Mən onunla görüşdükdə o, qeyri-rəsmi idi, mülayim  görünürdü və detallarla maraqlanırdı. Onunla danışmaq asan idi - nüfuzlu yüksəktexnologiya şirkətlərindən birinin direktoru öz fikirləri ilə bölüşüb. - Mən qarşımdakı şəxsin “Apple” korporasiyasının baş direktoru olduğunu unutmuşdum. Cobsla görüşdükdə isə mən eyni hissləri keçirməmişəm".
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL