“Research in Motion” daha 2000 insanı işdən çıxarmağa hazırlaşır
"BlackBerry" smartfonlarının istehsalçısı olan Kanadanın "RIM" şirkəti qarşıdakı bir neçə həftə ərzində təxminən 2000 işçisini çıxaracaq. Bu barədə Kanadanın "The Globe and Mail" qəzeti "Research In Motion" şirkətindəki mənbələrə istinadən yazıb.
"İCTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, şirkətdəki mənbələrdən birinin məlumatına görə, rəhbərlik 6000 insanın işdən çıxarılması imkanını nəzərdən keçirir.
Rəsmi məlumatlara əsasən, hazırda şirkətdə təxminən 16500 insan işləyir, halbuki "RIM" şirkətində, populyarlığının pik dövründə təxminən 20000 əməkdaş çalışırdı.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL