waplog

Statistik məlumatların əldə edilməsi xidməti “Elektron hökumət” portalına inteqrasiya olunub


Statistik məlumatların əldə edilməsi xidməti tam avtomatlaşdırılıb və “Elektron Hökumət” Dövlət İnformasiya Sistemi Elektron Xidmətlər Portalına inteqrasiya olunub. “İCTnews” elektron xəbər xidmətinin Dövlət Statistika Komitəsinin saytına istinadən verdiyi məlumata görə, bu xidmətdə komitə tərəfindən rəsmi statistika metodologiyası əsasında sosial, iqtisadi, demoqrafik, ekoloji və digər ictimai proseslərin kəmiyyət tərəfləri haqqında inzibati və ilkin (fərdi) statistik məlumatların işlənməsi və ümumiləşdirilməsi nəticəsində hazırlanmış məlumatların istifadəçilər tərəfindən əldə edilməsi əhatə olunur.

Xidmətdən istifadə etməklə hüquqi və fiziki şəxslər əldə edilməsində tətbiq olunan forma və vasitələrdən asılı olmayaraq, məxfi sayılmayan rəsmi statistik məlumatları əldə edə bilər. Təqdim olunmuş elektron xidmət bölməsində istifadəçi onu maraqlandıran hazır statistik məlumatları və ya veb-səhifədə tapa bilmədiyi məlumatları bu sorğular vasitəsilə əldə etmək imkanına malik olur. 

Sorğunun formalasdırılması  “ http://www.azstat.org/xidmetler/st_melumat/ ” internet ünvanında real vaxt rejimində verilmiş ərizə forması əsasında həyata keçirilir: “Ərizə formasında tələb olunan statistik məlumatın məzmunu yazılır, sorğu edənin adı, soyadı, ünvanı, is yeri və vəzifəsi (işlədiyi təqdirdə), elektron poçt ünvanı, statistik məlumatın göndərilməsi üçün sorğu edənin poçt ünvanına dair qeyd yeri nəzərdə tutulub.

Xidmət real vaxt rejimində həyata kecirilir və nəzərdə tutulmuş sorğu forması doldurulduqdan sonra sorğu avtomatik olaraq qəbul edilir. Sorğu üçün nəzərdə tutulmuş forma tam doldurulmadıqda ərizə avtomatik rejimdə qəbul olunmur və bununla bağlı istifadəçi ekranda müvafiq qeydi görə bilər”.

Xidmət uzrə nəzərdə tutulmus məlumatlar əldə olunduqdan sonra həm Dövlət Statistika Komitəsində fəaliyyət göstərən elektron sənəd dövriyyəsi sistemində, həm də ümumi şöbədə daxil olan sənəd kimi qeydiyyatdan keçirilir və onun kağız versiyası komitənin rəhbərliyinə təqdim olunur. Rəhbərlik tərəfindən aidiyyəti icraçı (icraçılar) təyin olunur və icrası üçün tapşırıq verilir.

Tapşırıq icra olunduqdan sonra dərkənarın məzmununa uyğun olaraq muəyyənləsdirilmiş qaydada statistik məlumatlarla bağlı cavab məktubu imzalanaraq sorğu edənə göndərilir. İnzibati əməliyyata məsul məlumatların yayılması şöbəsidir.

Xidmət bütün növ istifadəçilər üçün açıqdır: “Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda olan istifadəçilərin xidmət üzrə nəzərdə tutulmuş məlumatları əldə etməsi üçün heç bir məhdudiyyət qoyulmayıb”.
Qeyd edək ki, interaktiv növdə olan bu elektron xidmət ödənişsiz həyata keçirilir.
 
CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL