“Azərpoçt” MMC ən böyük banklarda hesab açır
Maliyyə xidmətlərinin göstərilməsi məqsədilə “Azərpoçt” MMC-nin Mərkəzi Bankın Real vaxt rejimində banklararası (AZİPS) və Xırda ödənişlər üzrə hesablaşma klerinq (XÖHKS) sistemlərinə, eləcə də SWİFT sisteminə inteqrasiyası tam başa çatdırılıb. ”Azərpoçt”MMC-dən verilən məlumata görə, bundan əlavə, “Azərpoçt” MMC-nin “Citibank” və “Raifaizenbank”da müxbir hesablar açılmış, Rusiyanın “Sberbank”ında isə yaxın günlərdə müxbir hesabın açılması prosesinin tamamlanması nəzərdə tutulub.
Qeyd edək ki, “Azərpoçt”MMC banklarla rəqabətdə ən böyük şəbəkə kimi 600-ə yaxın poçt şöbəsi maliyyə xidmətlərinin inkişafı layihəsinə qoşulub.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL