waplog

Avtopilotla işləyən maşınlar sınaqdan keçirilir


İsveçin “Volvo” şirkəti İspaniyanın sənaye avtomatlaşdırması üçün həllər istehsalçısı olan “Ricardo” ilə birgə “Project Sartre” (Safe Road Trains for the Environment) layihəsi çərçivəsində hazırlanmış yeni avtomobil texnologiyasını təqdim ediblər və onu İspaniya yollarında sınaqdan keçiriblər.

“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, avtomobillər yeni texnologiya sayəsində yollarda sürücüsüz hərəkət edə bilir, lakin sürücünün qəza vəziyyəti halında idarəetmə sükanının arxasına keçmək üçün salonda olması yenə də lazımdır.

”Volvo” və “Ricardo” şirkətlərinin nümayəndələri qeyd ediblər ki, hazırda bir çox avtomobil istehsalçıları avtopilotla işləyən maşınlar üzərində çalışır, lakin  yalnız bəziləri sınaqların real yollarda keçirilməsinə qərar verirlər. ”Volvo” və “Ricardo” şirkətlərinin birgə hazırlaması olan avtopilotla işləyən maşınlar təxminən 200 kilometr məsafə qət ediblər.

Sınaqlarda xüsusi kamera, radar, lazer məsafəölçəni, həmçinin real yol hərəkəti zamanı sürücünün göz, əl və ayaqlarını əvəz etməsi üçün nəzərdə tutulmuş bir neçə kompyuterlə təchiz edilmiş avtomobillər yoxlanılıb.

Məlumat üçün bildirim ki, sürücüsüz idarə olunan sistem digər avtomobillərdən yalnız lazımi məsafədə dayanmağı deyil, həmçinin sürət axınını qorumaqla irəlidə gedən avtomobili izləməyi bacarır. Sistem avtomobilin ətrafındakı sahəni daim skan edir və özünü ona uyğun sazlayır.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL