waplog

Xəzinədarlıq hesabına daxil olan vəsaitlərin avtomatik uçotu aparılacaq


Elektron ödəniş sisteminin inkişafı və dəstəklənməsi, xəzinədarlığın hesabına daxil olan vəsaitlərin avtomatik uçotunun qurulması sahəsinin inkişaf etdirilməsi, büdcə daxilolmalarının daha səmərəli istifadə edilməsinin təmin olunması, bu sahədə nəzarətin gücləndirilməsi və məlumatların daha operativ emal edilməsi məqsədilə Yerli Xəzinədarlıq Orqanlarının bütün daxilolmaları Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən  XÖHKS vasitəsilə qəbul ediləcək.

"İCTnews" elektron xəbər xidmətinin Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, bu gündən etibarən İsmayıllı, Qəbələ, Şamaxı, Beyləqan, Bərdə və Ağcabədi YXO-larının bütün daxilolmalarının agentlik tərəfindən XÖHKS vasitəsilə qəbul edilməsi məqsədəuyğun hesab edilir.

 XÖHKS - müasir kompyuter və qabaqcıl texnologiyalara əsaslanan xırda və təcili olmayan ödənişlər üçün klirinq sistemidir. Bu sistemdə məlumatlar yerli telekommunikasiya şəbəkəsi üzərində qurularaq tam funksional, kriptoqrafik müdafiə ilə təmin olunur. XÖHKS sistemində ötürülən məlumatlar 5 səviyyəli nəzarət və təhlükəsizlik mexanizmi ilə qorunur.

CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL