waplog

Azərbaycanda Mədəni irs abidələrinin öyrənilməsində nüvə texnologiyalarından istifadə müzakirə ediləcək


Mayın 28-dən iyunun 1-nə kimi İsveçin Kalmar  şəhərində “Women in Nuclear” “World Nuclear Association” (WNA) - “Qadınlar Nüvə sahəsində” Ümumdünya Assosiasiyası  tərəfindən təşkil olunmuş 20-ci “WIN Global Annual Congress” (illik qlobal konqres) keçiriləcək. Qeyd edək ki, MDB ölkələri arasında Azərbaycan ilk dəfə olaraq bu tədbirə qatılacaq.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytı  məlumat verir.

Məlumatda bildirilir ki, tədbirdə ABŞ, Fransa, Kanada, Almaniya, Avstriya, Yaponiya, Cənubi Koreya, İspaniya, İsveçrə, İsveç kimi ölkələr iştirak edəcək. Rəsmi olaraq iştirakçıların sayı 165-dir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) seçimi ilə AMEA Radiasiya Problemləri İnstitutunun Beynəlxalq Nüvə İnformasiya Sisteminin Milli Mərkəzinin rəhbəri, AEBA-nın “Avropa ölkələrində Mədəni irs abidələrinin öyrənilməsində və saxlanılmasında nüvə texnologiyasının istifadəsi” və “Mədəni irs abidələrinin öyrənilməsinin, saxlanılmasının və mühafizəsinin mükəmməlləşdirilməsi” adlı regional layihələrin Azərbaycan üzrə koordinatoru Dinara Abbasova da bu tədbirdə iştirak edəcək. O, Azərbaycanda Mədəni irs abidələrinin öyrənilməsində nüvə texnologiyalarından istifadə haqqında məruzə edəcək.

Qeyd edək ki, AMEA Radiasiya Problemləri İnstitutu, AMEA Milli Azərbaycan Tarixi Muzeyi, İcərişəhər Şirvanşahlar Muzeyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və bir sıra təşkilatların birgə əməkdaşlığı nəticəsində ölkəmizdə 150-dən çox Mədəni irs abidələrinin artefaktlarına ziyan vurulmadan yeni texnologiya vasitəsi ilə element tərkibi öyrənilib. Hazırda AMEA Radiasiya Problemləri İnstitutunda radiokarbon üsulu ilə yaşın təyini metodu işlənilir və yaxın gələcəkdə Mədəni irs abidələrinin artefaktlarının analizi və tarixi dəqiq öyrəniləcək.

CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL