"Eurovision 2012" mövzusuna aid markalar buraxılıb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti "Eurovision 2012" mahnı müsabiqəsi mövzusuna həsr olunmuş markalar seriyasını təqdim edib.
Markalar seriyasına 2 suvenir poçt bloku və hər biri 6 markadan ibarət 3 blok daxildir. Suvenir poçt bloklarından birinin üzərində "Eurovision 2012"-nin xüsusi loqotipi - "Alovlu gül", ikinci blokda Şirvanşahlar Sarayı fonunda müsabiqənin loqotipi təsvir olunub. Hər iki markanın nominal dəyəri 60 qəpik təşkil edir.
6 ədəd markadan ibarət digər blokların üzərində Azərbaycan paytaxtının arxitektura tikililəri, o cümlədən Heydər Əliyev Sarayı, Opera və Balet Teatrı, Filarmoniya, Yaşıl Teatr , Muğam Mərkəzi, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı, Şirvanşahlar Sarayı, Hökumət Evi, Bakı Şəhər İcra Hakimiyyəti, Nizami adına Ədəbiyyat Muzeyi, Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Alov Qüllələri, Heydər Əliyev Mərkəzi, ARDNŞ-in yeni inzibati binası, "Hilton Baku" hoteli, "Port Baku Residence" kompleksi və "Abşeron Marriot" hotelinin təsvirləri yer alıb.
Markaların dəyəri 10-60 qəpik arasında dəyişir. Hər blok 10 min ədəd tirajda, suvenir bloklar hər biri 5 min tirajda buraxılıb.
Qeyd edək ki, 57-ci "Eurovision" mahnı müsabiqəsi Bakıda Xəzər dənizi sahilində xüsusi olaraq müsabiqə üçün tikilən "Bakı Kristal Zalı" sarayında keçirilib. Müsabiqənin finalı mayın 26-da olub və qalib "Euphoria" mahnısı ilə İsveçi təmsil edən müğənni Lorin seçilib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL