waplog

“Apple” korporasiyasının ilk fərdi kompyuterlərindən biri hərraca çıxarılacaq


"Sotbis" hərrac evi Amerikanın "Apple" şirkəti tərəfindən istehsal edilmiş fərdi kompyuterin ilk modelini iyunda Nyu-Yorkda keçiriləcək hərraca çıxaracaq. İşlək vəziyyətdə olan aparatın qiyməti 120-180 min dollar təşkil edir.

"İCTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, Stiv Cobs və Stiv Voznyak "Apple 1" kompyuterini ilk dəfə 1976-cı ildə Palo-Alto şəhərində yerləşən "əldəqayrılma kompyuterlər klubu"nda təqdim etmişdilər. Lakin  onların ideyası yerli mağazalar şəbəkəsinin sahibi Pol Terreldən savayı heç kəsi maraqlandırmadı. Pol Terrel onlarla hər birinə 500 dollar ödəməklə 50 kompyuter almaq barədə razılaşdı.

Bundan başqa, Pol Terrel "Apple-1" kompyuterlərinin ona yığılmış vəziyyətdə verilməsini təkid edirdi, halbuki o zaman kompyuterlərin əksəriyyəti müstəqil şəkildə quraşdırılmaq üçün dəst şəklində satılırdı. Buna görə də "Apple" ilk tamdəyərli fərdi kompyuter modeli hesab edilir.



EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL