waplog

“IP” trafikin həcmi 2016-cı ilədək 1,3 zettabayta qədər artacaq


"Cisco Systems" şəbəkə avadanlığı istehsalçısının proqnozuna görə, "IP" trafikin həcmi gələcək 5 il ərzində orta hesabla 29 faiz artacaq.

"İCTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Cisco Systems" şirkətinin proqnozuna əsasən, "IP" trafikin həcmi 2016-cı ilin sonunadək 1,3 zettabayt təşkil edəcək.

Müqayisə üçün: qlobal şəbəkədə 1984-cü ildən 2012-ci ilədək ötürülmüş trafikin həcmi 1,3 zettabayta bərabərdir. "Cisco" şirkətinin marketinq üzrə baş meneceri bildirib  ki, 2016-cı ilədək internet trafikin orta həcmi ay ərzində 110 ekzabayt təşkil edəcək.

Bundan əlavə, 2016-cı ilədək "IP" şəbəkələrə qoşulmuş qurğuların sayı 19 milyard təşkil edəcək. Bu göstərici planetimizdə yaşayan insanların sayından 3 dəfə çoxdur.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL