waplog

“Kimya kibernetikasının elmi əsasları və praktiki məsələləri” adlı dərs vəsaiti işıq üzü görüb


Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor Çingiz İbrahimov və texnika elmləri doktoru, professor Əbülfəz Babayevin “Kimya kibernetikasının elmi əsasları və praktiki məsələləri” adlı dərs vəsaiti çapdan çıxıb.

“İCTnews” elektron xəbər xidmətinə bu barədə AMEA-dan məlumat verilib. Akademiyadan qeyd edilib ki, kitabda kimya kibernetikasının elmi bazası, yeni kimya texnologiyası prosesləri yaranarkən kibernetika prinsiplərindən istifadə qaydaları, kimya kibernetikası metodlarını tətbiq etməklə populyar şəkildə bir sıra praktiki məsələlər şərh edilib.

Nəşrin birinci hissəsində kibernetikanın tərkibi və ya özündə əks etdirdiyi bölmələr – informasiyanın toplanmasını təmin edən, onları analiz, sintez və emal edən, sistemlərin idarə edilməsi metodlarını təmin edən bölmələr şərh edilib. İkinci hissə kibernetika metodlarının kimya texnologiyasının praktiki məsələlərinin həllinə tətbiqi konkret misallarla verilib.

Kitabın rəyçiləri AMEA Kimya Problemləri İnstitutunun laboratoriya müdiri, texnika elmləri doktoru, professor E.Məmmədov, ADNA-nın “Yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının professoru, Əməkdar elm xadimi Y.Bilalov, redaktoru isə kimya elmləri doktoru, professor C.Mirzaidir. Kitab kimya kibernetikası sahəsində çalışan mütəxəssislər, təhsil alan tələbələr, magistrant və doktorantlar üçün nəzərdə tutulub.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL