waplog

Treninqlərdə elektron ticarətlə bağlı maarifləndirmə işləri aparılıb


Mayın 30-da İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə məcburi köçkünlərin məskunlaşdığı Goranboy rayonunun Yeni Qəsəbə yaşayış massivində sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün "Öz biznes ideyanı yarat", "Öz biznesinə başla" və "Biznes-planların və investisiya layihələrinin hazırlanması" mövzularında treninqlər keçirilib.
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə nazirliyin məlumatında deyilir.

"Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı"nın İqtisadi İnkişaf Nazirliyi üzrə Tədbirlər Planına müvafiq keçirilən treninqlərdə Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin, Goranboy Rayon İcra Hakimiyyətinin əməkdaşları, Yeni Qəsəbə kənd bələdiyyəsinin nümayəndələri, eləcə də 30-dan çox sahibkar və sahibkarlıq fəaliyyətinə yeni başlayan şəxslər iştirak edib.

Treninqlərdə iştirakçılara biznes- ideyanın formalaşması, biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının və “SWOT” təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, məhsul istehsalının, satışının və reklamın təşkili, maliyyə planının hazırlanması və s. barədə ətraflı məlumat verilib.

Treninqlərdə həmçinin, “www.b2b.az” elektron ticarət portalı, portalın biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portaldan istifadə qaydaları, elektron ticarətlə bağlı beynəlxalq təcrübə və s. barədə məlumat da iştirakçıların diqqətinə çatdırılıb.

Treninqlər çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
 
CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL